Dövrələmə və yandankeçmə cəbhədən hücum edən əsas qüvvələrlə, bəzən isə taktiki hava desantı ilə taktiki və atəş qarşılıqlı əlaqəsində icra edilir. Dövrələmə həm yerdən, həm də havadan həyata keçirilə bilər.
Mövqedəyişmə daha əlverişli mövqe tutmaq və qoşunları (bölmələri) zərbə altından çıxarmaq üçün edilən manevrdir.
Atəşlə manevr düşmənə eyni vaxtda və ya ardıcıl zərər vurulması məqsədilə atəşin vacib hədəflərə cəmləşdirilməsi, bir neçə hədəfə zərər vurmaq üçün vasitələrin bölüşdürülməsi, həmçinin yeni hədəflərə istiqamətləndirilməsi üçün tətbiq edilir.
Zərbə və atəşlə manevr düşmənin mühüm qruplaşma və obyektlərinə daha effektiv zərər vurulması məqsədilə həyata keçirilir.
44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin şiddətli hücumları qarşısında davam gətirməyən düşmən ordusunun bölmələri ancaq mövqedəyişmə manevr növündən istifadə edirdi.