Böyrü üstündə sürünmək üçün sol böyrü üstə uzanmalı; dizdən bükülmüş
sol ayağı qabağa çəkib sol bazu önünə söykənməli, sağ ayağın dabanını bədənə
mümkün qədər yaxınlıqda yerə dayamalı; sağ ayağı açaraq sol ayağın
vəziyyətini dəyişmədən bədəni irəli verməli və sonra hərəkəti həmin qayda ilə
davam etdirməlidir.
Silah sol ayağın ombası üzərinə qoymaqla sağ əldə tutulmalıdır.
1. Praktik şəkildə yerinə yetirin:
- addımla hərəkətdə dönmələri;
- silahla sıra duruşunu;
- avtomatın “Qayışda” vəziyyətindən sinəyə alınmasını;
- silahsız yerində və hərəkətdə əsgəri salamlaşmanı;
- sıradan çıxma və rəisə yaxınlaşmanı;
- “Çök” və “Qalx” komandalarını;
- avtomatın “sinədə” vəziyyətindən “Qayışda” vəziyyətinə alınmasını;
- avtomatın “Qayışda” vəziyyətindən “Arxaya” vəziyyətinə alınmasını;
- avtomatın “Arxada” vəziyyətindən “Qayışda” vəziyyətinə alınmasını;
- “Döyüşə” üsulunu;
- “Döyüşə” vəziyyətindən “Qalx” üsulunu.