Hərbi qulluqçunun sıraya qayıtması üçün komanda verilir. Məsələn: “Əsgər Məmmədli. Sıraya dur”, yaxud ancaq “Sıraya dur” komandası ilə üzü sıraya dayanmış hərbi qulluqçu öz soyadını eşitdikdə rəisə tərəf dönərək, “Mən” cavabını verir. Hərbi qulluqçu silahsız olduqda, yaxud silahı “Arxada” vəziyyətindədirsə, “Sıraya dur” komandası ilə o, əsgəri salam və “Oldu” cavabı verir, geriyə dönür. Birinci addımla əlini aşağı salır, səfər addımları ilə (qaçaraq) ən qısa yolla sırada öz yerini tutur.
Sıraya qayıtdıqda rəisdən uzaqlaşarkən hərbi qulluqçu sıradakı yerinə qədər qısaldılmış yolla səfər addımları ilə hərəkət edir. Əsgərin soyadı deyilmədən “Sıraya dur” komandası verilərsə, üzü sıraya duran hərbi qulluqçu “Mən” demədən və rəisə tərəf dönmədən sıraya qayıdır.
Hərbi qulluqçu sıradan kənarda çağırış ilə rəisə yaxınlaşarkən 2-3 addım qalmış dayanır, ayağını saxlamaqla eyni vaxtda sağ əlin orta barmağının ucunu sağ qaşın sağ ucuna yaxınlaşdırır və məruzə edir. Məsələn: “Yoldaş leytenant, əsgər Əlibəyli əmrinizlə gəldi”. Məruzə başa çatdıqda əlini aşağı salır. Hərbi qulluqçuya rəis icazə verdikdə o, sağ əlin orta barmağının ucunu sağ qaşın sağ ucuna yaxınlaşdıraraq “Oldu” cavabı verir, hərəkət istiqamətinə dönür, birinci addımla (sol ayağını yerə qoymaqla) əlini aşağı salır və hərəkəti səfər addımları ilə davam etdirir.
Silahla çökmək üçün “ÇÖK” komandası
verilir. Bu komanda ilə silahı sağ ələ
götürüb “Azad” vəziyyəti almalı, sol ayağı
bir addım irəli atmalı, silahı sol ayağın
topuğu bərabərinə dik vəziyyətə gətirməli,
sağ diz üzərində çökməli, sağ əl ilə
silahın lüləsini sağ çiyin boşluğuna qoyub
qolu bədənə yapışdırmalı, sol əli sol dizin
üstünə qoymalıdır
(şəkil 6).
“Çökmə” vəziyyətindən qalxmaq üçün “QALX” komandası verilir. Bu komanda ilə sol əlini sol dizinə dayayaraq qundağı yerdən qaldırmalı, sol ayaq üstündə irəli qalxıb sağ ayağı sol ayağın yanına gətirməli, silahı qayışa alıb “Azad” vəziyyətinə keçməlidir.
“ÇÖK” komandası məşğələlər, təlimlər və istirahət vaxtlarında hərbi qulluqçular silahsız olduqda da verilə bilər. Bu hallarda sağ əl sağ dizin üstünə qoyulur. Hərəkət vaxtı “ÇÖK” komandası sağ ayaq yerə qoyularkən verilir.