Sıradan çıxma və rəisə yaxınlaşma. Hərbi qulluqçunun sıradan çıxması üçün komanda verilir. Məsələn: “Əsgər Məmmədli. Sıradan 1–2–3 addım çıx”, yaxud “Əsgər Məmmədli. Yanıma”. Hərbi qulluqçu öz soyadını eşitdikdə “Mən”, sıradan çıxmaq haqqında komandaya (çağırışa) isə “Oldu” cavabını verir.
Birinci komanda ilə hərbi qulluqçu sıra addımları ilə birinci cərgədən sayaraq deyilən addım qədər sıradan çıxır, dayanır və üzü sıraya tərəf dönür.
İkinci komandada hərbi qulluqçu birinci cərgədən iki addım düzünə addımlayır və hərəkəti davam etdirərək rəisə tərəf dönür, qısaldılmış yolla səfər addımları ilə (rəislə hərbi qulluqçu arasında məsafə 15 addımdan çox olduqda – qaçaraq) rəisə 5-6 addım qalmış sıra addımlarına keçir, rəisin 2-3 addımlığında dayanır və məruzə edir.
Hərbi qulluqçu ikinci cərgədən çıxdıqda o, sol əlini ön cərgədə duran hərbi qulluqçunun çiyninə qoyur, ön cərgədə duran bir addım irəli ataraq sağ ayağı ilə bir addım sağa çıxır, sıradan çıxan hərbi qulluqçunu buraxır və sonra öz yerini tutur. Hərbi qulluqçu qarşıdakı cərgədən çıxdıqda onun yerini arxasında duran hərbi qulluqçu tutur.