İkinci say. Avtomatı yuxarı qaldıraraq qayışı başın üstündən qabağa keçirməli, sol əl ilə lülə örtüyündən və lülə yatağının altından tutaraq avtomatı öz qabağında şaquli, darağı sola, lüləsinin ağzını çənə səviyyəsində saxlanmalıdır. (şəkil 2, b).
Üçüncü say. Sağ əl ilə qayışın yuxarı hissəsindən tutaraq avtomatı sağ çiyində “Qayışda” vəziyyətinə keçirməli, sol əli tez aşağı salmalı və silahla sıra duruşu vəziyyətini almalıdır.
Silah “Qayışda” vəziyyətindən “Arxada” vəziyyətinə “Silahı arxaya – AL” komandası ilə iki sayda keçirilir.
Birinci say. Sol əl ilə sağ çiyindən bir az aşağı qayışdan, sağ əl ilə eyni zamanda qundaqdan tutmalıdır.
İkinci say. Sağ əl ilə silahı yuxarı qaldırmalı, sol əl ilə qayışı başın üstündən sol çiyinə atmalı və silahı buraxaraq əlləri cəld yanlara endirməlidir. (şəkil 3).
Avtomat “Arxada” vəziyyətinə ancaq süngü-bıçaqsız götürülür.
Silah “Arxada” vəziyyətindən “Qayışda” vəziyyətinə “Silahı qayışa – AL” komandası ilə iki sayla keçirilir (şəkil 3).
Birinci say. Sol əl ilə sol çiyindən bir az aşağı qayışdan, sağ əl ilə, eyni zamanda, qundaqdan (lülədən, genağızdan) tutulmalıdır.
İkinci say. Sağ əl ilə silahı qaldırmalı, sol əl ilə qayışı başın üstündən sağ çiyinə atmalı, qayışı sağ əl ilə şəkil 4. a, b-də göstərilən kimi tutmalı, sol əli cəld hərəkətlə yana endirilməlidir.