Avtomat “Qayışda” vəziyyətindən sinəyə “Avtomatı sinəyə – AL” komandası ilə üç saya keçirilir.
Birinci say. Sağ əli tutduğu vəziyyətdən bir qədər yuxarı çəkməli, avtomatı çiyindən çıxarmalı; sol əl ilə lülə örtüyündən və lülə yatağının altından tutaraq onu sinədə şaquli, darağı sola, lüləsinin ağzını çənə səviyyəsində saxlamalı (şəkil 1, b).
İkinci say. Sağ əl ilə qayışı sağa çəkməli, onun altından tutmalı, əlin barmaqları yarımbükülü və özünə tərəf yönəlmiş olmalıdır. Eyni zamanda, sağ dirsəyi qayışın altına keçirməli, bu halda avtomatı diaqonal vəziyyətdə saxlamalıdır (şəkil 1, c).
Üçüncü say. Qayışı qaldırıb başın üstündən arxaya keçirməli, sağ əl ilə avtomatın qundağı boyuncuğundan tutaraq sol əli tez aşağı salmalınmalıdır (şəkil 1, d).
Avtomat “Sinədə” vəziyyətindən “Qayışda” vəziyyətinə “Qayışa – AL” komandası ilə üç sayda keçirilir.
Birinci say. Sol əl ilə avtomatı lülə örtüyündən və lülə yatağının altından tutmalı, eyni zamanda, avtomatı bir qədər irəli və yuxarıya çəkərək sağ qolu qayışın altından çıxarmalı, sağ əl ilə qundağın boyuncuğundan tutaraq avtomatı diaqonal vəziyyətdə saxlanmalıdır (şəkil 2, a).