Hərbi qulluqçuların sağlamlığının qorunması
Hər bir hərbi qulluqçu şəxsi və ictimai gigiyena qaydalarına ciddi riayət
etməli və öz orqanizmini gündəlik möhkəmləndirməlidir.
Şəxsi gigiyena qaydalarına aşağıdakılar daxildir:
- səhərlər əl-üzün yuyulması, dişlərin təmizlənməsi, bədənin qurşaqdan
yuxarı soyuq su ilə silinməsi;
- hər qida qəbulundan qabaq əllərin yuyulması;
- yatmazdan qabaq əl-üzün, ayaqların yuyulması və dişlərin təmizlənməsi;
- üzün və başın vaxtında qırxılması, dırnaqların tutulması;
- hamamda müntəzəm çimmə, alt və yataq dəyişəyinin, corabların dəyişilməsi;
- hərbi geyimin, ayaqqabının və yatağın təmiz saxlanılması.
İctimai gigiyena qaydaları isə bunlardan ibarətdir:
- yataq otaqlarında, tualetlərdə və digər ümumi istifadə otaqlarında təmizliyin
saxlanılması;
- otaqların havasının
müntəzəm surətdə dəyişdirilməsi;
- ictimai yerlərdə, həmçinin
hərbi hissənin yerləşdiyi
ərazidə təmizliyin saxlanılması.
Hərbi qulluqçu öz xəstəliyini
gizlətməməlidir.
Vaxtın bölüşdürülməsi və gündəlik nizam qaydaları
Hərbi hissələrdə günün nizam qaydaları müəyyən edilir.
Günün nizam qaydalarında səhər gimnastikası, səhər baxışı, 6 saatlıq tədris
məşğələləri, qida qəbulu, silahlara, döyüş texnikasına qulluq etmə, müstəqil
hazırlıq, tərbiyə işi, hərbi qulluqçuların şəxsi tələbatı, axşam gəzintisi və yoxlanışı,
8 saatlıq yuxu üçün vaxt nəzərdə tutulur.
Məşğələlərdən azad vaxtlarda və istirahət günlərində şəxsi heyətlə kütləvi
tədbirlər, mədəni-maarif işləri, idman oyunları və yarışları keçirilir.
Qida qəbuletmələri arasındakı vaxt 7 saatdan çox olmur. Qida qəbulundan
sonra 30 dəqiqə ərzində məşğələ və iş aparılmır.