Hərbi qulluqçu yatanda gündəlik geyim və qayışını səliqə ilə büküb kətil üstünə, ayaqqabısını isə çarpayının ayaq tərəfində yerə qoyur.
Bölmələrdə olan atıcı silah və döyüş sursatı pəncərələrinə dəmir barmaqlıq vurulmuş ayrıca otaqda saxlanılır.
Əlüzyuyanlar hər beş-yeddi nəfərə bir kran və hər bölüyə, ən azı, axar suyu olan iki ayaq vannası hesabı ilə qoyulur.
Geyimlər yalnız camaşırxanada, yaxud bu məqsədlə ayrılmış otaqlarda (yerlərdə) yuyulur.
Papiros çəkməyə xüsusi ayrılmış və hazırlanmış otaqlarda (yerlərdə) icazə verilir.
Məişət xidməti otağı paltar ütüləmək üçün stol və güzgülərlə təchiz edilir.