Məlumat verdikdən sonra dəyişdiricinin “Əsgər Quliyev, postdan addımla – MARŞ”
komandası ilə dəyişilmiş qarovul nəfəri növbənin arxasında dayanır.
Saatdar isə dəyişdiricidən göstəriş aldıqdan sonra postda vəzifəsini yerinə
yetirməyə başlayır. Bundan sonra dəyişdirici “Növbə, ardımca addımla –
MARŞ” komandası verir və növbəni o biri posta aparır.
Saatdarların xidmətini posta gizlin yolla yaxınlaşmaq, saatdardan silahı almağa
cəhd etmək və başqa üsullarla yoxlamaq qadağandır.
Sıra Nizamnaməsi
Komandirin düzülüşqabağı və sırada vəzifələri bunlardır:
- düzülüşün yerini, vaxtını, qaydasını, geyim formasını, silahın növünü
və s. elan etmək;
- sırada bölmənin şəxsi heyətinin, onların silahlarının və s. mövcudluğunu
bilmək və yoxlamaq;
- hərbi geyim formasının səliqəli olmasını, saçın qısa və səliqəli qırxılmasını
yoxlamaq;
- sırada nizam-intizamın saxlanmasına nəzarət etmək və şəxsi heyətdən
sırada vəzifə borclarını dəqiq yerinə yetirmələrini tələb etmək;
- komanda verərkən “Farağat” vəziyyətini almaq;
- hərəkət vaxtı təyin olunmuş məsafənin saxlanılmasına nəzarət etmək
və s.
- Bölük növbətçisinin çavuşlardan və müstəsna hallarda daha hazırlıqlı əsgərlərdən
təyin olunmasının səbəbini izah edin.
- Tabeliklərində olanların yanında komandirlərə intizam cəzası elan edilməsi
nəyə görə qadağandır?
- Sizcə, xidmət vaxtı törətdikləri nalayiq hərəkətlərə görə intizam cəzaları sutkalıq
naryadın tərkibinə daxil olan şəxslərə naryad qurtarandan, yaxud onlar dəyişdirildikdən
sonra verilməsinin səbəbi nədir?
- Manqa komandiri və taqım komandirinin müavini rolunda tabeçilikdə olanlara
həvəsləndirmə və intizam cəzalarının elan edilməsini praktiki yerinə yetirin.
- Eyni nalayiq hərəkət etmiş iki hərbi qulluqçuya müxtəlif cəza verilə bilərmi?
Fikrinizi əsaslandırın.
- Saatdarların dəyişilməsini praktiki olaraq yerinə yetirin.