Hər bir komandir Nizamnamə ilə ona verilən hüquqlar çərçivəsində tabeliyində olan hərbi qulluqçuları ağlabatan təşəbbüslərinə, səylərinə, rəşadətlərinə və yaxşı xidmət göstəricilərinə görə həvəsləndirməlidir.
Hərbi intizamın möhkəm olmasında manqa komandirinin rolu nədən ibarətdir?
Komandirlər tabeçiliklərində olan ayrı-ayrı hərbi qulluqçulara və bölmənin bütün şəxsi heyətinə həvəsləndirmələr tətbiq edə bilərlər.
Müddətli xidmət dövründə həvəsləndirmə məqsədilə əsgərlərə, matroslara və çavuşlara bir dəfə qısamüddətli məzuniyyət verilir.
Əlaçı döş nişanı ilə yalnız iki tədris dövrü müddətində fasiləsiz əlaçı olan əsgərlər, matroslar və çavuşlar təltif edilirlər.
Hərbi qulluqçuların həvəsləndirilməsi barədə əmrin elan olunması zamanı onlara, adətən, mükafatlar da təqdim edilir. Həmçinin hərbi qulluqçunun öz hərbi borcunu nümunəvi yerinə yetirməsi barədə yaşadığı yerə, yaxud əvvəlki iş yerinə göndərilən məktubun mətni oxunur.
Hərbi qulluqçunun adının hissə Fəxri kitabına yazıldığı elan edildikdə ona bu barədə hissə komandirinin qol çəkdiyi tərifnamə təqdim edilir.
Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir.
Komandir tabeçiliyində olan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya, onun fikrincə, daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər.
Əsgərlərin və matrosların nalayiq hərəkətləri bölüklərin, batareyaların, taborların və bunlara müvafiq bölmələrin şəxsi heyətlərinin yığıncaqlarında; çavuşların nalayiq hərəkətləri isə taborların, diviziyaların və bunlara müvafiq bölmələrin çavuşlarının yığıncaqlarında müzakirə edilir.
Qarnizon yaşayış məntəqəsində və ya ondan kənarda yerləşən hərbi hissələr, hərbi məktəblər və müəssisələrdən təşkil edilir.
Qarnizon və qarovul xidmətləri düzgün təşkil olunmazsa, nə baş verər?