Pilotlarımız, əsasən, Milli Müdafiə Universitetində hazırlanır, Ukrayna, Türkiyə, ABŞ, eləcə də digər ölkələrdə ixtisasartırma kursları və təlimlər keçirlər. Türkiyə Hərbi Hava Qüvvələri ilə hər il birgə “TurAz Qartalı” taktiki-uçuş təlimləri keçirilir. Bu birgə təlimlərin simvolu da hazırlanıb.
HHQ aviaparkının müasir döyüş təyyarələri hesabına təkmilləşdirilməsi hər il davam etdirilir. Təyyarə və helikopterlərimiz hava hücumu vasitələrinə qarşı müasir avadanlıqlarla təmin edilmişdir.