Az sonra H.Z.Tağıyev və Dəllər qəsəbələrində yerləşən sovet aviasiyasına məxsus hərbi bazalardakı təyyarələr Azərbaycan ordusunun tabeliyinə verildi. 1992-ci ildən bu istiqamətdə islahatlara başlanıldı. Bu qurumun strukturu həmin il milliləşdirildi və bir qədər sonra Hərbi Hava Qüvvələri (HHQ) Hava Hücumundan Müdafiə Qoşunları (HHMQ) ilə birləşdirildi.
Hərbi Hava Qüvvələri ordumuzun ən yüksək manevrli qoşun növüdür.