40x46 mm-lik piyada əleyhinə əl qumbaraatanı RBG 40 mm/6M11 düşmənin açıq ərazidə, səngərlərdə, yüksəkliklərin arxa tərəflərində, çökəkliklərdə, dərələrdə və s. yerlərdə yerləşən canlı qüvvəsini məhv etmək və yüngül zirehli hədəfləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulub.
Qumbaraatanın hədəfə tuşlanması kollimator tipli nişangahla yerinə yetirilir.
Qumbaraatan müxtəlif istismar şəraitində havanın ±50°C temperaturunda, yağış, toz və qar şəraitində etibarlı işləyir.
Qumbaraatandan atəş aparmaq üçün qəlpəli, kumulyativ-qəlpəli, tüstüburaxan və işıqlandırıcı paraşütlu qumbaralı atəş yığımlarından istifadə olunur.
Qumbaraatandan atəş aparmaq üçün bütün növ 40×46 mm-lik qumbaraatan atəş yığımlarından istifadə olunur.
Xüsusiyyətin adı | Parametri |
çapı, mm | 40 × 46 |
atış məsafəsi, m | 1600 |
qumbaranın başlanğıc sürəti, m/san. | 76 |
lülənin uzunluğu, mm | 300 |
patron yuvasının uzunluğu, mm | 140 |
uzunluğu, mm | 953,5 |
atəş tezliyi, atış/dəq. | 4–6 |
qumbaraatanın nişangahsız boş vəziyyətdə kütləsi, kq | 5,9 |