7,62×54 mm-lik UP-7,62 tipli universal və TP-7,62 tipli tank pulemyotları düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.
7,62×54 mm-lik UP-7,62 tipli pulemyotdan atəş ikiayaqdan və ya müxtəlif konstruksiyalı üçayaqlıdan, döyüş maşınlarında quraşdırılan dəzgahlardan aparıla bilər. Pulemyota müxtəlif növ optik, gecə kollimator tipli nişangahları bərkitmək mümkündür.
Elektrik tətiklə dəstləşdirilmiş 7,62×54 mm-lik TP-7,62 tipli pulemyot müxtəlif növ döyüş maşınlarında quraşdırılır.
Atəş zamanı patronlar pulemyotun qəbuledicisinə tutumu 100, 200 və 250 patron olan səpələnməyən metal lent vasitəsilə ötürülür. Patron lentləri müxtəlif tutumlu patron qutulara yığılır.
Pulemyotlardan atəş aparmaq üçün 7,62×54 mm-lik adi, izburaxan, zirehdələn-yandırıcı, yandırıcı-hədəfgöstərici gülləli və boş tüfəng patronlarından istifadə olunur.
Xüsusiyyətin adı | UP-7,62 | TP-7,62 |
nişangah məsafəsi, m | 1500 | 1500–2200 |
güllənin başlanğıc sürəti, m/san. | 825 | 855 |
çapı, mm | 7,62 × 54 | |
pulemyotun uzunluğu, mm | 1173 | 1098 |
atış tezliyi, atış/dəq. | 650–750 | 700–800 |
döyüş atış tezliyi, atış/dəq. | 250 | |
pulemyotun çəkisi, kq | 7,8 | 10,5 |
pulemyotların tətbiq edildiyi temperatur diapazonu, °c |
±50 |