5,45 × 39 mm-lik АК74М tipli avtomat düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.
Əlbəyaxa döyüşdə düşmənin canlı qüvvəsini məhv etmək üçün avtomata süngü-bıçaq birləşdirilir.
Avtomatın zərbə-tətik mexanizmi avtomatik və tək-tək atəşin aparılmasına imkan verir.
Atış zamanı patronlar tutumu 30 patron olan plastik və ya şəffaf sektorlu maqazindən ötürülür.
Avtomatın yığılan qundağı, tapança dəstəyi və əl qundağı yüksək möhkəmliyə malik plastik materialdan hazırlanmışdır.
Avtomatın lülə qutusunun sol divarına bərkidilən kronşteyn müxtəlif növ optik, gecə və kollimator tipli nişangahların bərkidilməsini təmin edir.
Avtomatın üzərində 40 mm-lik lüləaltı qumbaraatan bərkidilə bilər.
Avtomatdan atəş aparmaq üçün 5,45 × 39 mm-lik adi, yüksək dəlmə qabiliyyətli, izburaxan, zirehdələn gülləli və boş patronlardan istifadə olunur.
Xüsusiyyətin adı | Parametri |
nişangah məsafəsi, m | 1000 |
güllənin başlanğıc sürəti, m/san. | 900 |
çapı, mm | 5,45 × 39 |
lülənin uzunluğu, mm | 415 |
avtomatın uzunluğu: | |
açıq qundaqla və birləşdirilmiş süngü-bıçaqla, mm | 1089 |
yığılmış qundaqla, mm | 705 |
atış tezliyi, atış/dəq. | 600 |
döyüş atış tezliyi: | |
tək-tək atəş apardıqda, atış/dəq. | 40 |
qatarla atəş apardıqda, atış/dəq. | 100 |
avtomatın çəkisi: | |
boş maqazinlə, kq | 3,4 |
dolu maqazinlə, kq | 3,7 |
avtomatın tətbiq edildiyi temperatur diapazonu, °c | ±50 |
avtomatın zəmanətli atış sayı (resursu), atəş | 10 000 |