9×19 mm-lik “ZƏFƏR”, “ZƏFƏR-K”, “ZƏFƏR-P” və “İNAM” tipli tapançalar fərdi hücum və müdafiə silahı olaraq düşmənin canlı qüvvəsinə qısa məsafələrdə zərər vurmaq üçün nəzərdə tutulub.
“ZƏFƏR”, “ZƏFƏR-K” və “ZƏFƏR-P” tipli tapançaların çərçivəsi üzərində yerləşən “Pikatini” tipli yönəldici müxtəlif növ taktiki avadanlığın bərkidilməsini təmin edir.
Tapançadan atəş aparmaq üçün NATO standartına uyğun bütün növ 9x19 mm-lik tapança patronlarından istifadə olunur.
Xüsusiyyətin adı | ZƏFƏR | ZƏFƏR-K | ZƏFƏR-P | İNAM |
çapı, mm | 9 × 19 | |||
nişangah atış məsafəsi, m | 75 | 50 | ||
maqazinin tutumu, patron | 15 | |||
boş maqazinlə birlikdə çəkisi, q | 950 | 940 | 595 | 860 |
uzunluğu, mm | 204,5 | 193 | 174 | 191 |
lülənin uzunluğu, mm | 117 | 102 | 110 | |
güllənin başlanğıc sürəti, m/san. | 370 | 340 | 350 | |
tətbiq edildiyi temperatur diapazonu |
–40°C-dən +50°C-yə qədər | |||
lülənin zəmanətli atış sayı (resursu), atəş |
10 000 |