Xüsusi Təyinatlı Qüvvələrimiz mütəmadi olaraq Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan və başqa ölkələrin xüsusi təyinatlı qüvvələri ilə birgə beynəlxalq təlimlərdə iştirak edir, ABŞ-da ixtisaslarını artırırlar.
Azərbaycan ordusunun ən çoxsaylı qoşun növüdür. İstənilən silahlı münaqişədə (müharibədə) əsas yük onların üzərinə düşür.
Quru Qoşunları Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və bölünməzliyinin müdafiəsi üçün təyin olunmuşdur.
Vətən müharibəsindən sonra quru qoşunlarının tabeçiliyində xüsusi şəraitlərdə əməliyyatlar apara bilən, yüksək hazırlıqlı Komando briqadaları yaradılmasına böyük diqqət yetirilməyə başlandı. Hazırda Komando briqadaları quru qoşunlarının ən etibarlı və seçmə briqadaları sayılır.