COVID-19 virusunun mövcud olduğu səthlərlə və əşyalarla təmasda olduqdan sonra gözə, buruna, ağıza toxunmaqla da yoluxma mümkündür. Bu səbəbdən xəstələnmiş şəxslə 1.5 metrdən artıq məsafə saxlamaq və əlləri təmiz yumaq çox vacibdir.
Virusdan qorunmaq üçün peyvənd olunmaq lazımdır. Peyvənd xəstəliklərə qarşı insan bədəninin müqavimətini qüvvətləndirir.
Xəstəliyi keçirmiş şəxslərin peyvənd olunmasına ehtiyac yoxdur.
Yoluxucu xəstəliklərdən qorunma vasitəsi kimi çox vaxt maskadan istifadə edilir. O, insanı yalnız hava-damcı yolu ilə yoluxan xəstəliklərdən qoruyur.
Ancaq maska səpgili yatalaq, malyariya, taun, göbələk və digər yoluxucu xəstəliklərdən insanı qoruya bilmir.