Yoluxucu xəstəliyin adı |
Yoluxucu xəstəliyin nəticələri |
Yoluxucu xəstəliyə tutulmuş insanın xəstəliklə mübarizə üsulları |
Qrip | titrəmə, yüksək hərarət, öskürmə, boğaz ağrısı, ümumi zəiflik | vitaminlərlə zəngin qidalar qəbul etmək, soyuqdan qorunmaq, qoruyucu maskadan istifadə etmək, otağın havası tez-tez dəyişmək, nəm əsgi ilə otağı tez-tez silmək. |
Viruslu hepatit (sarılıq və ya Botkin xəstəliyi) | ümumi zəiflik, iştahasızlıq, yüksək hərarət, dərinin və gözün ağının saralması, qara ciyər zədələnməsi | yataq rejimi, pəhriz, fərdi gigiyena qaydalarına riayət etmək, otağın havası tez-tez dəyişmək, nəm əsgi ilə otağı tez-tez silmək. |
Malyariya, taun | yüksək hərarət, üşütmə, baş və əzələ ağrıları, yorğunluq, qusma, ishal halları | həkimin təyin etdiyi dərmanlar vasitəsilə, ciddi və uzunmüddətli müalicə almaq, tauna tutulmuş xəstələri ciddi təcrid etmək və məcburi hospitala yerləşdirmək. |
2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində infeksion xəstəlik olan COVİD-19-un aşkar edilməsi dünya əhalisi üçün təhlükəli pandemiya * vəziyyəti yaratmışdı.
COVID-19-un əlamətləri qızdırma, halsızlıq və quru öskürəkdir. Xəstələrdə burun tutulması, burun axması, müxtəlif ağrılar ola bilər. Bu əlamətlər tədricən inkişaf edir və yüngül xarakter daşıyır. Yaşlılar, ürək, diabet xəstəlikləri olan insanlar infeksiyanı daha ağır keçirir. Yüksək hərarət, öskürək və ya tənəffüs çatışmazlığı aşkarlandıqda dərhal həkimə müraciət etmək lazımdır.
COVID-19 virusuna yoluxmuş şəxsin öskürməsi və asqırması zamanı nəfəs yollarından yayılan damcılar vasitəsilə sağlam insanlar yoluxur və xəstəlik yayılır.