İnfeksiya mənbəyinin ötürülmə yollarına təsir edən profilaktik tədbirlər, infeksion xəstəlik ocaqlarında, ictimai yerlərdə (vağzallarda, nəqliyyatda, məktəblərdə və s.) aparılan işlər dezinfeksiyaya aiddir.
Tənəffüs yollarının infeksiyaları (qızılca, məxmərək, difteriya, skarlatina, qrip və s.) zamanı törədici mikrobun yoluxma yollarını aradan qaldırmaq üçün tədbirlərin aparılması bağırsaq infeksiyalarındakına nisbətən böyük çətinlik törədir. Tənəffüs yollarının törədici mikrobları olan, xarici mühitdə azdavamlı infeksiyalarda (qızılca, suçiçəyi, məxmərək, epidemik parotit) dezinfeksiya, demək olar ki, tətbiq edilmir. Dezinfeksiya, əsasən, skarlatina və difteriya zamanı aparılır.
Transmissiv infeksiyaların qarşısını almaq üçün törədici mikrobları yayan qansoran gənələrin, həşəratların məhv edilməsinə yönəldilmiş dezinseksiya vasitələri böyük əhəmiyyət kəsb edir. Həmçinin yoluxdurucuların dişləməsi və hücumuna görə kollektiv və fərdi qorunma tədbirləri tətbiq olunur.
Süni aktiv immunitet yaratmaq məqsədilə vaksinlə profilaktika tətbiq edilməlidir. Bunun üçün immun serumlardan istifadə edirlər.
Süni aktiv immunitet vaksin yeridildikdən dərhal sonra deyil, müəyyən vaxt keçdikdə yaranır. Bu, adətən, bir neçə həftə çəkir.