Radioaktiv və kimyəvi zədələnmə ocaqlarında fəsadları azaltmaq üçün ərazinin, texnikanın, avadanlıqların, üst geyiminin, həmçinin bədənin açıq hissələrinin zərərsizləşdirilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsi olduqca vacibdir. Bunun üçün tam və qismən təmizləmələr tətbiq edilir.
Radioaktiv və kimyəvi zədələnmələr hansı ilkin yardımları zəruri edir?
Radiasiyalı, kimyəvi və bioloji təhlükəli obyektlərdə qəzalar baş verdikdə, kütləvi qırğın silahları tətbiq edildikdə insanların paltarları, texniki vasitələr və ərazi radioaktiv, kimyəvi və bioloji vasitələrlə zəhərlənə bilər.
Radioaktiv və damcı şəklində olan zəhərləyici maddələrin təsiri bir neçə gün ərzində, soyuq vaxtlarda isə bir neçə həftə davam edir. Bioloji vasitələrin təsir müddəti bir neçə gün və bir ay ola bilər.
İnsan zəhərləndikdə sanitariya təmizlənməsi, ərazilər, qurğular, binalar, texniki vasitələr xüsusi təmizləmə keçməlidir. Sanitariya təmizlənməsi insanların bədənini və paltarlarını zəhərlənmələrdən təmizləməkdən ibarətdir.
Bu təmizləmə qismən və tam ola bilər.
Qismən təmizləmə zədələnmə ocaqlarında və yaxud bu ərazilərdən çıxdıqdan sonra bədənin açıq hissələrini müstəqil təmizləməklə bitir. Radioaktiv maddələrlə zəhərləndikdə qismən sanitariya təmizləmə bu ardıcıllıqla aparılır:
İnsanların dərisi və paltarı damcı-maye halında zəhərləyici maddələrlə zəhərləndikdə qismən sanitariya təmizlənməsi dərhal yerinə yetirilir. Bunun üçün kimya əleyhinə paket və ya maye ilə isladılmış tənzif dəsmalla dərini, paltarı və əleyhqazın üzlüyünü silmək lazımdır.
Tam təmizləmə vaxt çox olduqda zədələnmə ocaqlarından çıxandan sonra sanitar yuma məntəqəsində aparılır. İnsanların bədəni isti su, sabun və hamam lifi vasitəsilə yuyulur.