Zəhərli kimyəvi maddələr əleyhinə paketlərdən insanın paltarına, bədəninə, fərdi qoruyucu vasitələrə və alətlərə düşmüş damcı-maye halda olan zəhərli, kimyəvi-təhlükəli maddələrin zərərsizləşdirilməsi məqsədilə istifadə olunur. Paketə deqazasiyaedici vasitə və 4 pambıq-cuna tampon daxildir. Paket sellofan kisəcikdə yerləşdirilib.
İstifadə zamanı paket açılır, tamponlardan biri flakonda olan məhlulla isladılır. İsladılmış tamponla dərinin açıq sahələri, əleyhqazın şlem-maskası silinir. Yenidən isladılan tamponla paltarın yaxalığı, manjetlər təmizlənir. Maye dəriyə qısamüddətli, qıcıqlandırıcı təsir edir. Amma bu, iş qabiliyyətinə təsir göstərmir. Yadda saxlamaq lazımdır ki, paketdə olan maye zəhərlidir və gözlər üçün təhlükəlidir. Buna görə də gözlərin ətrafını quru tamponla silib 2%-li soda məhlulu ilə təmizləmək lazımdır.