Profilaktika və ilk tibbi yardım göstərən zaman öncə görüləcək tədbir yaraya
steril sarğının qoyulmasıdır. Bu məqsədlə, içərisində sarğı vasitələri olan ev
üçün dərman qutusunun olması zəruridir.
Ümumiyyətlə, içərisində bütün hallarda istifadə oluna biləcək dərman və
vasitələrin olduğu dərman qutusunu komplektləşdirmək mümkünsüzdür. Sadəcə,
ailə üzvlərində olan xəstəlikləri, rayonun, şəhərin sanitar-epidemioloji vəziyyətini
nəzərə alıb optimal tərkib yaratmaq olar.
Ev üçün dərman qutusunda ilk tibbi yardım üçün lazım olan minimum
vasitələr olmalıdır. Onun təqribi tərkibi aşağıdakı kimidir:
- Validol həbləri ürək nahiyəsində olan kəskin ağrılarda istifadə edilir.
- Nitroqliserin stenokardiya tutmalarında istifadə edilir.
- Korvalol, valokordin ürək ağrısı, ürək döyünməsi zamanı istifadə edilir.
- Aspirin soyuqdəymə zamanı, qızdırmalı vəziyyətlərdə iltihab əleyhinə
vasitədir.
- Analgin həbləri ağrıkəsici, iltihab əleyhinə, hərarətsalıcı kimi istifadə edilir.
- Baralgin, pentalgin həbləri ağrıkəsicidir.
- Aktivləşdirilmiş kömür həbləri mədə-bağırsaq sistemində köp olduqda istifadə edilir.
- Besalol qarın boşluğu orqanlarının xəstəliklərində ağrıkəsici effekti verir.
- Natrium hidrokarbonat tozu mədə qıcqırmaları zamanı və ağız boşluğunu
qarqara etmək üçündür.
- Kalium permanqanat məhlulu suda həll edilərək yaraların yuyulmasında
və boğazı qarqara etmək üçün istifadə edilir.
- Bakteriosid leykoplastır sıyrıntılarda, kəsilmiş kiçik yaraların müalicəsi üçün
istifadə edilir.
- Adi leykoplastır sarğıların bərkidilməsində istifadə edilir.
- Yodun spirtdə 5%-li məhlulu antiseptik vasitə kimi xaricə təyin edilir.
- Ammonyak məhlulu (naşatır spirti) dəm qazı ilə zəhərlənmələrdə, huşunu
itirmə zamanı tənəffüsün bərpa edilməsi məqsədilə istifadə edilir.
- Ammonyak məhlulu (naşatır spirti) dəm qazı ilə zəhərlənmələrdə, huşunu
itirmə zamanı tənəffüsün bərpa edilməsi məqsədilə istifadə edilir.
- Qansaxlayıcı turna qanaxmaların müvəqqəti olaraq dayandırılmasında
istifadə edilir. Adətən, zədə nahiyəsindən yuxarıda qoyulur.
- Sintomisin emulsiyası yanıqlar və donvurmalar zamanı xaricə təyin edilir.
- Termometr.