Yuvacıq №6. Radiasiyaya qarşı vasitə. Preparat atom elektrik stansiyalarında baş verən qəzalardan sonra, radiasiyalı ərazidə otlayan inəyin təzə südündən içdikdə 10 gün müddətində qəbul olunur. Preparat orqanizmə südlə daxil olan radioaktiv yodun qalxanvari vəz tərəfindən tutulmasının qarşısını alır.
Yuvacıq №7. Qusmaya qarşı vasitə. Başda olan zədələnmələr, beyin silkələnmələri zamanı, eyni zamanda, radioaktiv şüalanma baş verdikdə qusmanın profilaktikası məqsədilə istifadə olunur.
Fərdi dərman qutusunda ən çox istifadə edilən həb şəklindəki sistamin adlı maddədir. Bu, ionlaşdırıcı şüalanmanın təsir dərəcəsini zəiflədir. Bu həbləri şüalanmadan 30-40 dəqiqə əvvəl qəbul etmək məsləhətdir.
Gündəlik həyatımızda, xüsusən fövqəladə hadisələr zamanı vaxtaşırı zədələyici faktorların təsiri ilə üzləşirik. Bu zaman insanların bəziləri yaralanmalara, sınıqlara məruz qalır, bəzilərində isə baş ağrıları, ürəkdöyünmə, mədə ağrıları, bu və ya digər xəstəliklər baş verir.
Unutmamalıyıq ki, hətta balaca yaralanmalar belə insan üçün təhlükə yarada bilər.