Fərdi tibbi qoruyucu vasitələr fövqəladə hadisələr zamanı ilk tibbi yardımın göstərilməsi üçün zəruri olan sadə vasitələrdir. Bunlardan istifadəetmə qaydalarını hər kəs bilməlidir.
Fərdi tibbi qoruyucu vasitələr müxtəlif fövqəladə hallar və qəzalar zamanı hansı əhəmiyyətə malikdir?
Texnogen qəzalar və təbii fəlakətlər zamanı insanlar zədələrə məruz qalır, zəhərləyici və radioaktiv maddələrin təsirindən zəhərlənirlər. Bütün bu hallarda tibbi qoruyucu vasitələr sizin birinci, ən uyğun və sadiq köməkçiniz olacaq.
Fərdi sarğı paketindən yara səthinə birincili sarğı qoyulması məqsədilə istifadə edilir. O, bintdən (10 sm enində, 7 m uzunluğunda) və iki ədəd pambıqcuna yastıqcıqdan ibarətdir. Yastıqcıqlardan biri hərəkətsiz halda bintin bir kənarına tikilib, digər yastıqcıq isə bint uzunu hərəkətlidir. Adətən, bint və yastıqcıqlar mumlanmış kağıza bükülmüş halda sellofan və ya perqament kağızından olan üzlüyə (çexola) yerləşdirilir. Paketin içində sancaq da olur. Üzlüyün üzərində paketdən istifadə qaydası yazılır.