Zədələr, qəfləti xəstəliklər |
Əlamətlər | İlk tibbi yardım |
Yaralar | ağrı, dəri və selikli qişaların, bəzən daha dərin qatların və orqanların zədələnməsi, qanaxma |
yaranın ətrafını antiseptik vasitələrlə
(yod, spirt, izosol və s.)
işləmək;
qanaxmanı dayandırmaq, sarğını
qoymaq.
|
Oynaqların gərilməsi, vətərlərin dartılması |
ağrı, oynağın şişkinliyi, hərəkət
zamanı oynaqda ağrı
|
oynağa sıxıcı sarğı, buz qoymaq;
ətrafı bədəndən yuxarı səviyyədə
yerləşdirmək.
|
Çıxıqlar |
oynağın normal vəziyyətindən oynaqətrafı
sümüklərin tərpənməsi,
şiddətli ağrı, oynaqda hərəkətin qeyri-mümkünlüyü |
oynağa maksimal rahatlıq yaratmaq
(bintlə, mələfə ilə, kəmərlə
sarğı);
Qeyri-tibb işçisinə çıxığı yerinə
salmaq qadağandır.
Zərərçəkəni təcili olaraq tibb müəssisəsinə çatdırmaq lazımdır. |
Sınıqlar | sümüyün bütövlüyünün pozulması. Ağrı, zədələnmiş ətrafın hərəkətliliyinin qeyri-mümkünlüyü; ətrafın oxunun dəyişilməsi, ətrafın gödəlməsi | taxtadan, fanerdən, kartondan
şina qoymaq; açıq sınıq zamanı yaraya sarğı qoymaq. Ətrafın sınığına az da olsa şübhə varsa, ətrafın immobilizasiyası mütləqdir. |
Qarın boş- luğu orqan- larının açıq yaralanmaları |
Qarın boşluğunu dələn yaralar qarın divarının, mədənin, mədəaltı vəzinin, dalağın, bağırsaqların, qara ciyərlərin və s. orqanların zədələnməsi, zədənin ağırlığı çox vaxt baş verən şokdan, daxili qanaxmadan və qarın divarının iltihabından asılıdır. Qarında şiddətli və sərt ağrılar, batmış və ağrılı qarın, şok müşahidə olunur. | Yaranın üzərinə sarğı qoymaq, xaric olmuş qarın boşluğu orqanlarını daxilə salmağa cəhd etməmək, orqanların üzərinə steril material örtüb xəstəni təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır. Həkimə qədər ilk tibbi yardımı göstərmək vacibdir (şok əleyhinə və s. tədbirlər). |