Hər hansı zədə zamanı qan damarlarının zədələnməsi qanaxmalara səbəb ola bilər. Qan bədən boşluqlarına axarsa, bu, daxili qanaxma adlanır. Qanaxmalar zamanı görülən tədbirləri artıq 10-cu sinifdən bilirsiniz.
Ağ ciyərlərdən qanaxma olarsa (bu zaman köpüklü al-qırmızı qan gəlir), zərərçəkəni yarımoturaq vəziyyətə gətirmək, döş qəfəsi üzərinə buz döşəmək, öskürəyi azaldan dərmanlar vermək lazımdır. Qanlı qusma olarsa (bu zaman qusuntu kofe çöküntüsünə oxşayır), xəstəyə tam sakitlik verilməli, qarnının üstünə buz qoyulmalı, yeməyə və maye qəbuluna icazə verilməməlidir.