Təbii sərvətlərdən düzgün istifadə qaydalarını öyrənmək də sizin sağlam ruhlu, sağlam düşüncəli – bir sözlə, fiziki və mənəvi cəhətdən yetkin vətəndaş kimi tərbiyə edilmənizə kömək edər.
Müəllim-şagird kollektivinin maraqlı oyun formasında birgə təşkil etdiyi tədbirlər, əlamətdar təqvim günlərinə həsr edilmiş spartakiadalar sağlam həyat tərzinizin formalaşmasında mühüm rol oynayır.
Ümumdünya Sağlamlıq Günü təşkil olunan “Sağlam həyat tərzi nədir?”, “Ekologiya və insan sağlamlığı” və s. mövzularda viktorinalarda, dəyirmi masalarda fəal iştirak etmək təkcə fiziki cəhətdən deyil, həm də mənəvi cəhətdən sağlam bir vətəndaş kimi formalaşmağınızda mühüm rol oynayır.
Mobil telefonlardan, kompüterlərdən uzun müddət istifadə və oturaq həyat tərzi sağlamlığınıza mənfi təsir edir.