Cəmiyyətdə gənc nəslin sağlam yetişməsinə mane olan problemlərin siyahısında siqaretçəkmə, narkomaniya və spirtli içkilərin istifadəsi kimi zərərli vərdişlər daha geniş yer tutur. Siqaretin insan orqanizminə nə qədər ziyan vurduğunu siqaret çəkənlər çəkməyənlərdən daha yaxşı bilir. Ömrünü siqaret çəkməklə, spirtli içki və narkotik maddələr qəbul etməklə keçirmək öz sağlamlığınıza külüng çalmaq deməkdir.
Gənclərin zərərli vərdişlərə qurşanması bir tərəfdən onların zehni inkşafını zəiflədir, digər tərəfdən isə idmana, təhsilə, zəhmətə olan həvəsini söndürür.
Sağlam böyüməyiniz, hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi yetişməyiniz üçün özünüzdə erkən yaşlardan sağlam həyat tərzinə uyğun vərdişlər formalaşdırmalısınız. Bu məqsədlə məktəblərdə fəaliyyət göstərən idman dərnəklərində (bölmələrində), Uşaq-Gənclər İdman Məktəblərində maraqlarınız üzrə idmanla məşğul olmalısınız. Günə səhər gimnastikası ilə başlamalı, günün müxtəlif vaxtlarında kros qaçışları həyata keçirməlisiniz.