Zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, yanğın, eləcə də digər təbii fəlakətlər zamanı davranış və xilasolma qaydaları ilə tanış oldunuz. Təbii fəlakət zamanı insanların ilk yardıma nə qədər ehtiyacı olduğunu və bu yardımın onlar üçün nə qədər önəm daşıdığını da artıq bilirsiniz. İndi isə təbii fəlakət zamanı zərər çəkən insanların xilas edilməsi, onlara yardım göstərilməsi kimi vərdişlərə yiyələnməyin əsil vaxtıdır.
Oxuduğunuz təhsil müəssisəsində təşkil edilmiş ekoloji lövhələrdən yoluxucu xəstəliklər, yoluxma mənbələri və bu xəstəliklərə yoluxmamaq üçün profilaktik tədbirlərlə tanış olmalısınız.
Unutmayın ki, xırda bir uğurun sevinci böyük nailiyyətlərə təkan verir.