Cihazın işə hazırlanması və istifadə qaydaları
Cihazı işə hazırlamaq üçün əvvəlcə “LIGHT”/“SET” düyməsi ilə quraşdırma
rejiminə daxil olmaq lazımdır. Bunun üçün “SET” düyməsini 5 saniyə basıb saxlamaq,
sonradan isə norma hədlərini – doza rejimini, doza səviyyəsi rejimini və
hər biri üçün iki norma həddini quraşdırmaq lazımdır.
“SET” (quraşdırmaq) rejimindən istifadə edərkən lazımdır:
- hazırda əksolunan rejim üzrə norma hədlərini quraşdırıb “SET” (quraşdırma)
düyməsini 5 saniyə basmaqla birinci norma həddini aktivləşdirmək;
- yanıb-sönən qiymətləri dəyişmək üçün “MODE” (rejim) düyməsindən istifadə
edərək “SET” düyməsini azacıq basmaqla növbəti qiyməti seçmək;
- “SET” düyməsini 5 saniyə basaraq 1-ci norma həddinin quraşdırılmasını
sona çatdırmaq;
- ikinci norma həddini quraşdırmaq üçün “SET” düyməsini cəld basaraq
vahidləri, rəqəmləri və onluqları seçmək;
- yanıb-sönən rəqəmlərin qiymətini artırmaq üçün “MODE” düyməsindən
istifadə edib “SET” düyməsini yenidən 5 saniyə basaraq “Display mode“
(İndikator rejimi) rejiminə (quraşdırmaların sonu) qayıtmaq;
- doza səviyyəsini yenidən quraşdırmaq və taymeri sıfır səviyyəsinə gətirmək
üçün “SET” və “MODE” düymələrini birlikdə 5 saniyə basmaq.
Həyəcan siqnalının səsini kəsmək üçün istənilən düyməni basmaq olar.
Əgər qiymət norma həddindən aşağı düşərsə, bu halda səs kəsilir.
- Müasir zəhərləyici maddələri hissiyyat orqanları vasitəsilə aşkar etmək nə
üçün təhlükəlidir?
- Zəhərləyici maddələri təyin etmək üsulları barədə təqdimat hazırlayın.
- ВПХР (QKKC)-in köməyi ilə zəhərləyici maddələri təyinetməni yerinə yetirin.
- Şəxsi heyətin aldığı şüalanma dozalarını nəyə görə mütəmadi olaraq ölçmək
lazımdır?
- İonlaşdırıcı şüalanmaları təyin etmək üsulları haqqında fikirlərinizi bildirin.
- Dozimetrik cihazlar barədə təqdimat hazırlayın.