– radiasiya baxımından əhalinin və ayrı-ayrı adamların iş qabiliyyətini təyin etmək məqsədilə şüalanma dozalarının ölçülməsi;
– ərzaq məhsullarının, suyun radioaktiv maddələrlə zəhərlənmə dərəcəsinin laboratoriyalarda ölçülməsi.
Dozimetrik cihazları təyinatına, vericisinin tipinə,
Target cihazının təyinatı və texniki göstəriciləri. Target cihazı əldə gəzdirilən detektordur, qamma və neytron radioaktiv mənbələrin yerini müəyyən etmək, radionuklid spektral analizini aparmaq üçün təyin olunmuşdur.
Cihazın işə hazırlanması. Cihazı işə salmaq üçün elektrik təchizatı düyməsindən istifadə etməklə qırmızı “Həyəcan” işarəsi işıqlanana qədər düyməni basırıq, bu zaman tabloda “ON” yazısı görünəcəkdir. Sonra dozanın səviyyəsi, mənbənin yeri və tərkibini müəyyən edirik.
Polimaster fərdi dozimetrin təyinatı və texniki göstəriciləri. Polimaster fərdi dozimetr γ- və rentgen şüalanmasının ekvivalent dozasını, eyni zamanda, ekvivalent dozasının gücünü ölçmək üçün təyin edilmişdir. Cihazın işə hazırlanması üçün ancaq 2 düymədən istifadə olunur.