Hadrutun işğaldan azad edilməsi ilə Şuşaya gedən
yol açılırdı. Hadrutun azad edilməsi müharibənin taleyini müəyyən etdi. Oktyabrın
17-də müzəffər Azərbaycan ordusunun Cəbrayıl, Hadrut və Xocavənd istiqamətlərindən
mühasirəyə aldığı Füzuli şəhəri də düşməndən tam azad edildi.
Xüsusi Təyinatlı Qüvvələr doğma Şuşanı azad etməkdə qərarlı idi. Onlar
cəmi 400 nəfərlik dəstə ilə düşmənin ağlına belə gəlməyəcək bir istiqamətdən –
sıldırım qayalıqlardan dırmaşaraq şəhərə daxil oldular. Yalnız yüngül silahlarla
silahlanmış igidlərimiz 4 tərəfdən düşmənin içərisinə sızaraq əlbəyaxa döyüşdə
düşməni məhv etdilər. 2020-ci il noyabrın 8-də Şuşa düşmən tapdağından azad
edildi. Şuşanın azad edilməsi müharibənin taleyini həll etdi. Noyabrın 9-da Silahlı
Qüvvələrimiz 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad etdi.
2022-ci il avqustun 3-də
Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi
Azərbaycan ərazisindəki qeyri-qanuni
erməni silahlı dəstələrinin
törətdiyi təxribat nəticəsində
ordumuzun əsgəri Anar
Kazımov şəhid oldu. Azərbaycan
ordusu “Qisas” antiterror
əməliyyatı keçirməli oldu. Əməliyyat nəticəsində qeyri-qanuni erməni silahlı
dəstələrinin Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini
qurmaq cəhdinin qarşısı alındı. Qırxqız, Sarıbaba və bir sıra digər əhəmiyyətli
yüksəkliklər bölmələrimiz tərəfindən nəzarətə götürüldü.
Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə
havadan zərbə endirilmə anı
Əməliyyat zamanı qeyri-qanuni
erməni silahlı qüvvələrinin
döyüş mövqeyi dağıdıldı.
Yuxarı Oratağ yaşayış
məntəqəsindəki hərbi hissəyə
havadan zərbə endirməklə
düşmənin canlı qüvvəsi, bir
neçə D-30 haubitsası, hərbi
nəqliyyat vasitələri və çoxlu
sayda döyüş sursatları məhv
edildi.