İndikator borucuqları ZM-i təyin etmək üçündür. O, daxilinə doldurucu maddə və reaktivli ampulalar yerləşdirilmiş, ucları lehimlənmiş şüşə borucuqlardan ibarətdir. Borucuqlar rəngli halqa şəklində haşiyələrlə işarələnmişdir. Bu haşiyələr həmin borucuq vasitəsilə hansı zəhərləyici maddənin təyin edildiyini göstərir.
Cihazın dəstində üç növ indikator borucuqları olur: bir qırmızı haşiyəli və qırmızı nöqtəli borucuqlar – zarin, zoman, V-qazları tipli ZM-i; üç yaşıl haşiyəli borucuqlar – fosgen, difosgen, sianid turşusu, xlorsianı; bir sarı haşiyəli borucuq isə ipriti təyin etmək üçündür. Hər kağız kasetdə eyni işarəli 10 ədəd indikator borucuğu yerləşir.
İndikator borucuqlarının uclarını aşağıdakı qaydada ayırmaq lazımdır:
Nasosun işlədilməsi (vurulması) sürəti 1 dəqiqədə 50–60 hərəkətə bərabərdir.
Mülki Müdafiə sistemində dozimetriyanın əsas vəzifəsi müxtəlif radiasiya şəraitində əhalinin, mülki müdafiə qoşunları və hərbiləşməmiş dəstələrin fəaliyyətini təmin etmək məqsədilə ionlaşdırıcı şüalanmaları aşkar etmək və bu şüalanmaların onlar üçün yaratdığı təhlükənin dərəcəsini qiymətləndirməkdir.
Dozimetriya vasitəsilə aşağıdakı işlər yerinə yetirilir:
– zədələnmə ocaqlarında xilasetməni, digər təxirəsalınmaz işlərin təhlükəsizliyini və əhalinin həyat fəaliyyətini təmin etmək üçün şüalanmaların aşkarlanması və ölçülməsi;
– dezaktivasiya və sanitariya təmizlənməsinin həyata keçirilməsi zərurətini, bunların keyfiyyətini müəyyənləşdirmək, habelə zəhərlənmiş ərzaq məhsullarından istifadənin mümkünlüyünü, normalarını təyin etmək üçün müxtəlif obyektlərin zəhərlənmə dərəcələrinin ölçülməsi;