Respiratorun çıxarılması əleyhqazların çıxarılması üçün verilən komandalarla icra olunur.
Respiratoru çıxardıqdan sonra yarımmaskanı çırpmaqla onun xaricı hissəsindən tozu kənar edərək dezaktivləşdirmək lazımdır. Yarımmaskanın daxili səthi nəm tamponla silinir, sonra qurudulur, paketə qoyulur və çantada saxlanılır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrində silahlanmada olan müasir YMK-1 yüngül mühafizə kostyumu şəxsi heyətin dəri səthlərini, geyim və ayaqqabılarını zəhərləyici maddələrdən, radioaktiv tozlardan, kimyəvi və bakterioloji vasitələrdən qorumaq üçün təyin olunub.
YMK-1 kostyumunun materialı kamuflyaj edilmiş, nəfəs almaq üçün yararlı təbəqəsi olan, su keçirməyən qoruyucu parçadandır. Zəhərləyici maddələrlə zəhərlənmiş YMK-1 kostyumunun xüsusi təmizlənməsi həyata keçirilir, sonra isə yenidən istifadə edilir.
YMK-1 gödəkçədən, şalvarla birlikdə kəmərdən, beşbarmaqlı rezin əlcəkdən, uzunboğaz rezin çəkmədən və 2 ədəd çantadan ibarətdir.
YMK-1 kostyumu (gödəkçə və şalvar) üç ölçüdə (boyda) hazırlanır:
Birinci boy | 165 sm-ə qədər |
İkinci boy | 165 sm-dən 172 sm-ə qədər |
Üçüncü boy | 172 sm-dən çox |
Rezin çəkmələr | 42; 44; 46 və 48 ölçülərdə hazırlanır. |