Respiratorların təyinatını 10-cu sinif proqramından artıq bilirik.
Respiratorlar üç ölçüdə buraxılır. Onun hər hansı bir şəxs üçün seçilməsi həmin şəxsin alın və burnunun birləşdiyi nöqtə ilə çənəsinin ən aşağı nöqtəsi arasındakı məsafəni ölçməklə aparılır.
Ölçmənin nəticəsi | Tələb olunan ölçü |
109 mm-ə qədər | 1 |
110 mm-dən 119 mm-ə qədər | 2 |
120 mm və çox | 3 |
Respirator seçildikdən sonra geyilmə zamanı onun kipliyi yoxlanılır. Bunun üçün
Yarımmaskanın üzə kipliyini yoxlamaq üçün nəfəsburaxma klapanının qoruyucu ekranının deşiklərini ovucla örtmək və yüngül nəfəs buraxmaq lazımdır. Əgər bu zaman respiratorun kənarlarından hava çıxmırsa və o, azca şişirsə, deməli, respirator düzgün geyilmişdir. Əgər burun pərlərinin yanından hava çıxırsa, onda burun sıxacı bir az bərk sıxılmalıdır. Bu zaman yenə də hermetiklik alınmırsa, onda ölçünü dəyişmək, yoxlamadan sonra isə onu çantaya qoymaq lazımdır.
Şəxsi heyət onu “Respiratoru geyin” komandası ilə geyinir. Bunun üçün baş geyimini çıxarmaq, respiratoru çantadan götürüb geyinmək, paketi çantaya qoymaq və baş geyimini geyinmək lazımdır.