Fərdi mühafizə vasitələri onlardan istifadə edən şəxsləri ətraf mühitdəki hər hansı zərərli maddələrdən və digər bu kimi təhlükələrdən qorumaq üçün istifadə olunur. Lakin onlar mühafizə zamanı son ümid vasitəsi kimi qəbul edilməlidir. Fərdi mühafizə vasitələri kollektiv mühafizə qurğusunu tam əvəz edə bilməz. Eyni zamanda, fərdi şəkildə istifadə olunduqlarına görə onlar ümumi mühafizə sistemləri üçün əvəzedici vasitə kimi qəbul edilməməlidir.
Sizcə, fərdi mühafizə vasitələrinin istifadəsi bütün əhalinin təhlükəsizliyini təmin edə bilərmi?
“Radon” süzücü ümumqoşun əleyhqazı şəxsi heyətin tənəffüs orqanlarını, gözlərini və sifətini havada qaz, buxar və aerozol halında olan zəhərləyici maddələrdən, radioaktiv tozlardan qorumaq üçün təyin olunmuşdur.
Əleyhqazın iş prinsipi nəfəs orqanlarını ətraf mühitdən qorumaq və alınan havanı zəhərli aerozol və buxarlardan süzgəc vasitəsilə təmizləməkdən ibarətdir.