Observasiya zamanı görülən işlərə aşağıdakılar daxildir:
Observasiya zamanı bütün müalicə-profilaktika tədbirləri olduğu kimi aparılır, yalnız təcridetmə tədbirləri yüngülləşdirilir. İnfeksion zədələnmə ocağında əhali tibb xidmətinin qoydugu bütün tədbirlərə ciddi riayət etməlidir. Profilaktik peyvəndlərin keçirilməsindən və dərman qəbulundan heç kim imtina etməməlidir. Observasiya müddəti son xəstə təcrid olunduqdan, dezinfeksiya işləri başa çatdıqdan sonra aradan qaldırılır. Müşahidə olunan şəxslər bu məqsədlə yaradılmış observasiya məntəqələrində yerləşdirilir, daimi nəzarət altında saxlanılır. Bəzən müşahidə zamanı profilaktik peyvəndlər aparılır. Müşahidə olunan şəxslər arasında xəstələr aşkar edilərsə, onlar təcrid edilir, digərləri yenidən sanitar təmizləmədən keçirilir, otaqlar dezinfeksiya olunur, observasiya müddəti uzadılır. Bu müddət başa çatdıqdan sonra müşahidə olunan şəxslər karantin zonasını tərk edir və onlara əmək qabiliyyətini itirmə vərəqəsi verilir, observasiya məntəqələrində son dezinfeksiya işləri aparılır. Karantin və observasiya zonalarında əhali profilaktik olaraq antibiotik və digər preparatlar qəbul edir. Karantin və observasiya təyin olunduqdan sonra həmin ərazidə dezinfeksiya* həyata keçirilir.