Fövqəladə hallara hazırlıq çantası
Hazırlıq çantası fövqəladə hadisələr zamanı istifadə edilməsi üçün hazırlanan
və içərisində zəruri ehtiyac vasitələri olan ehtiyat çantasıdır. Bu çanta hər
zaman hazır vəziyyətdə əl altında olmalıdır.
Hazırlıq çantasına olan tələblər:
Çantanın parçası möhkəm, işıqqaytaran zolaqlı, su keçirməyən və yüngül, qayışları isə boyunuza uyğun,
daşımaya rahat olmalıdır.
Hazırlıq çantasında aşağıdakılar olmalıdır:
- quru qida məhsulları və su (minimum
3 günlük qidalanma üçün
yüngül, yer az tutan məhsullar);
- tibbi yardım qutusu;
- pul və sənədlər;
- zəruri geyim əşyaları;
- çoxfunksiyalı bıçaq;
- kibrit və ya alışqan;
- şam;
- iynə və sap;
- birdəfəlik istifadə üçün qab-qacaq;
- fit (yardım çağırmaq üçün);
- gigiyena vasitələri (nəm və quru
salfet, sabun və s.);
- kiçik bloknot və karandaş;
- kompas;
- fənər və batareyalar;
- telefon və qida bloku;
- mümkündürsə, yataq torbası.
Hazırlıq çantası yaşadığınız yerə və fərdi xüsusiyyətlərə uyğun olmalı, xarab ola
bilən ərzaq və ləvazimatlar mütəmadi yenilənməlidir.
- Xilasetmə işləri nələri əhatə edir?
- Ailənin fövqəladə hallara hazırlıq planını şərh edin.
- Hazırlıq çantasında nələr olmalıdır?
- Zəruri geyim əşyaları deyəndə nə başa düşürsünüz?
- Hazırlıq çantasındakı kiçik bloknot və karandaş nə üçün lazımdır? Fikirlərinizi əsaslandırın.
- Yaşadığınız yerin fərdi xüsusiyyətlərinə uyğun hazırlıq çantası yığın.