Bunlar, əsasən, qış fəsli ərzində müşahidə olunan təbiət hadisələridir. Güclü qar yağması bir neçə gün davam edib yolları, yaşayış məntəqələrini qarla örtür. Müasir dövrdə yeni texnologiya və avadanlıqlar sayəsində təbiət hadisələri dəqiq olaraq proqnozlaşdırılır və adətən, fəlakət gözlənilən rayonlara vaxtında xəbərdarlıq edilir.
Fəsadların aradan qaldırılması üçün çoxlu miqdarda yükləmə və daşınma vasitələri cəlb edilir. Yolların təmizlənməsini və yaşayışı təmin edən əsas müəssisələrin (çörək zavodlarının, xəstəxanaların və s.) işinin fasiləsiz olması üçün tədbirlər görülür.