Bir ildırımda sərf edilən elektrik enerjisi kiçik bir şəhəri il ərzində elektrik enerjisi ilə təmin etməyə bəs edər. Boşalmaların sürəti 100 min km/san., cərəyanın gücü isə 180 min amperə çatır. İldırımın kanalındakı temperatur Günəş səthindəkindən 6 dəfə çox olur, ona görə də ildırımın vurduğu hər bir əşya yanır. İşıqlanan boşalma kanalının eni 70 m-ə çatır. Kanalda qızan havanın sürətlə genişlənməsi nəticəsində ildırım çaxmalarının səsi eşidilir. Yer kürəsində ildə 44 minə qədər ildırım çaxması baş verir. Onların davamiyyət müddəti bir saata çatır. İldırım, adətən, hündür yerləri, ayrıca dayanmış ağacları, texnikanı vurur. İldırım çaxan zaman suda və ona yaxın yerdə dayanmaq olmaz.
Dağlıq ərazilərdə qarın toplanması uçqunların yaranmasına səbəb olur, bunların enməsi külli miqdarda qar və daşların yerdəyişməsinə səbəb olur. Hərəkət edən kütlə öz yolunda hər şeyi silib-süpürür ki, bu da qurbanlar və kommunikasiyaların sıradan çıxması ilə nəticələnir.