Vulkanların püskürdüyü rayonlarda epidemioloji nəzarət təyin edilir.
Torpaq sürüşmələri geoloji fəlakətlərin təhlükəli növlərindən biri olub təsərrüfatlara, tikililərə, ətraf mühitə böyük zərər verir, itkilərə səbəb olur. Əsas zədələyici faktorları hərəkət edən dağ süxurlarıdır. Onların təsiri nəticəsində binalar, tikililər dağılır, kənd təsərrüfatı obyektləri, meşə massivləri süxur layları ilə örtülür, çayların yataqlarının dəyişməsinə və çoxsaylı insan tələfatına səbəb olur. Bir çox hallarda bu geoloji hadisələr dağlıq ərazidə yerüstü nəqliyyat üçün
Sürüşmənin miqyası proses gedən sahə ilə xarakterizə olunur. Miqyasına görə sürüşmələr nəhəng – 400 ha və daha çox, çox böyük – 200–400 ha, böyük – 100–200 ha, orta – 50–100 ha, kiçik – 5–50 ha, çox kiçik – 5 ha kimi təsnif edilir.
İldırım atmosfer hadisəsidir. Yağış buludları və yer arasında güclü elektrik boşalmaları ildırım əmələ gətirir. Belə boşalmalarda gərginlik milyon volta çatır.