Zəlzələlər | Tikililərin zədələnmə xarakteri |
zəif (3 bala qədər) mülayim (4 bala qədər) |
divarlarda çatlar, suvağın tökülməsi, tüstü bacalarının uçması, süşələrin sınması |
güclü (5–6 bal) çox güclü (7 bal) |
qeyri-seysmik binaların xarici divarlarındakı çatlar, konstruksiyaların uçması, qapıların pərçimlənməsi |
dağıdıcı (8–10 bal) | seysmik dözümlü binaların zəif dağılmaya məruz qalması, digərlərinin uçması |
qəza (11–12 bal) | xarici konstruksiyaların uçması və binaların tam dağılması |
Vulkanlar formasına (şit və ya stratovulkanlar), aktivliyinə (fəaliyyətdə olan, sönmüş) və yerinə görə (yerüstü, sualtı, buzaltı) təsnif olunur.
Yerin 100 km dərinliyində təxminən 1000-1300°С temperatur mövcuddur. Bu istiliyin təsirindən ərimiş daş qarışığı maqmaya çevrilir. Təzyiq çoxaldıqca maqma litosferə daxil olur. Bu yolla yerin üzünə çıxmış maqmaya lava deyilir. Vulkan püskürməsi zamanı təkcə közərmiş maye deyil, həm də bərk və qaz halında olan maddələr xaricə çıxır. Püskürmədən sonra vulkanın aktivliyi ya dayanır, ya da o, uzun müddət “mürgüləyir”. Bu zaman vulkanın özündə və ətrafında maqmatik özəyin soyuması ilə müşayiət olunan aktivlik davam edir.