Kimyəvi müşahidə postlarına rəhbərlik bölmə komandiri tərəfindən həyata keçirilir. Kəşfiyyat zamanı komandirlə əlaqə rabitə vasitəsilə reallaşdırılır.
Hər hansı bir radiasiya, yaxud kimyəvi zədələnmə aşkar olunarsa, bölmə komandiri xüsusi həyəcan siqnalı verir və bu barədə komandirə (rəisə) məruzə edir. Bundan sonra müşahidəçi fərdi mühafizə vasitələrini hazır vəziyyətə gətirir və radiasiya səviyyəsini, zəhərli maddələrin növünü müəyyən edərək nəticələr haqqında bölmə komandirini məlumatlandırır, eləcə də növbədənkənar meteoroloji ölçmələr aparır. Növbə təhvil verildikdə yeni gələn müşahidəçi müşahidə nəticələri ilə tanış edilir, nəyə xüsusi diqqət yetirəcəyi bildirilir və müşahidə postunun avadanlığı təhvil verilir.
Bölmə komandiri müşahidəçinin verdiyi məlumatları yoxlamalı və kimyəvi müşahidə postunu təyin edən komandirə məruzə etməlidir. Sonra bu nəticələri bölmə komandiri müşahidə jurnalında qeyd edir. Nəzarət rayonunda zəhərli ərazinin və havanın kəşfiyyatı, radiasiya səviyyəsinə nəzarət təşkil olunur.
Radiasiya və kimyəvi müşahidə jurnalında aşağıdakı parametrlər öz əksini tapır: