Kəşfiyyat qurtardıqdan sonra qrup qərargaha gəlir. Qrup komandiri vəzifələrin yerinə yetirilməsi haqqında məlumat verir və kəşfiyyat sxemini təqdim edir. Bundan sonra o, lazımi hallarda şəxsi heyətin və avtomobilin zəhərlənmə dərəcəsini yoxlayır, ehtiyac olduqda xüsusi sanitar təmizləmə işlərini təşkil edir, qrupu yeni vəzifələrin icrası üçün hazırlayır.
Radiasiya və kimya müşahidəsi postları bütün obyektlərdə yaradılır və təhlükə yaranarkən bilavasitə fəaliyyətə başlayır. Onların əsas vəzifələri radioaktiv və kimyəvi zəhərlənmələri vaxtında aşkar etmək, müşahidə sahəsində vəziyyətin dəyişməsinə fasiləsiz nəzarət etmək və qərargaha müntəzəm məlumat verməkdir. Təbii fəlakət və istehsalat qəzaları vaxtı posta digər vəzifələr də tapşırıla bilər. Post elə yerdə qoyulmalıdır ki, oradan hər tərəfi müşahidə etmək mümkün olsun və postun özü mülki müdafiə idarəetmə məntəqəsinin yaxınlığında yerləşsin. Müşahidəçilərin daldalanması və növbədən sonra dincəlməsi üçün burada hökmən üstüörtülü səngər düzəldilir, müşahidəçi duran yerdə cəhətləri göstərən nişanlar qoyulur. Postun heyəti rəisdən və iki müşahidəçidən ibarətdir.
Kimyəvi müşahidə postlarının əsas məqsədləri aşağıdakılardır:
Radiasiya və kimyəvi kəşfiyyat bölməsi özü-özlüyündə vahid bir kimyəvi müşahidə postu təşkil edir. Bölmə müşahidəni, adətən, kimyəvi kəşfiyyat avtomobilindən aparır. Kimyəvi müşahidə postları yaxşı görünüş sahəsinə malik olmalı və gizlədilməlidir. Onlar meşə kənarında və ya görünən oriyentirlər yanında qurulmamalıdır. Bəzi hallarda müşahidəçilər səngərlərdə və ya xüsusi təchiz edilmiş müşahidə səngərlərində yerləşdirilməlidir.