- yoluxucu xəstəlik ehtimalı olan rayonlarda epidemik*, epizootik** və epifitotik***
vəziyyətə müntəzəm nəzarət etmək.
Müharibə dövründə:
- İşlədilmiş silahın növünü, zərbənin nə vaxt və haraya endirildiyini, nüvə
partlayışının gücünü və koordinatlarını təyin etmək;
- Radiasiyanın səviyyəsini, zəhərləyici maddənin konsentrasiyasını və
zəhərli hava buludunun yayılma istiqamətini müəyyən etmək;
- Zədələnmə ocağının hüdudlarını müəyyənləşdirmək;
- Xilasetmə və digər işlər aparılan rayonlarda zədələnmə şəraitinin necə
dəyişdiyini daim müşahidə etmək.
Mülki müdafiə kəşfiyyatının təşkili və aparılması qaydaları
Kəşfiyyatı təşkil etmək bütün mülki müdafiə rəhbərlərinin, qərargahlarının
və komandirlərinin ən vacib vəzifələrindən biridir.
Kəşfiyyatın konkret məqsədlərini, bunun üçün istifadə ediləcək qüvvələri, ilk
növbədə, hansı məlumatların toplanmasını və müddətlərini mülki müdafiə rəhbəri
müəyyənləşdirir.
Kəşfiyyatın təşkil edilməsi üçün mülki müdafiə qərargahının rəisi məsuliyyət
daşıyır. Bu işin bilavasitə təşkilatçısı isə MM qərargah rəisinin müavinidir.
* Epidemik – insanlar arasında
** Epizootik – heyvanlar arasında
*** Epifitotik – bitkilər arasında