Araz boyu ərazilər və Cəbrayıl rayonu istiqamətində magistral yol ordumuzun nəzarətinə keçdi.
Talış kəndi ətrafındakı yüksəkliklərin azad edilməsi mövqelərimizi relyefə görə düşmənlə eyni səviyyədə, bəzi yerlərdə isə daha yüksəklikdə qurmaqla cəbhə xəttini xeyrimizə dəyişdi. Talış kəndindən cənubda geniş ərazilər ordumuzun nəzarəti altına keçdi. Tapqaraqoyunlu kəndi düşmənin atəşindən mühafizə olundu. Bu istiqamətdə ordumuzun irimiqyaslı hücumu üçün əlverişli şərait yarandı.