Əhalini düşmənin kütləvi qırğın silahlarından qorumağın ən əsas və etibarlı üsulu onların kollektiv mühafizə qurğularında daldalanmasını təşkil etməkdir.
Sizcə, insanların sığınacaq və daldalanacaqlardan səmərəli istifadəsini necə təmin etmək olar?
Sığınacaq insanları nüvə silahının zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya və radioaktiv zəhərlənmənin təsirindən, zəhərləyici maddələrdən mühafizə etmək üçün nəzərdə tutulan tikilidir.
Sığınacağın əsas xüsusiyyəti zərbə dalğasının müəyyən izafi təzyiqinə davam gətirə bilməsi, hermetikliyi, içəriyə verilən havanı təmizləyən süzücü-havalandırma qurğusuna malik olması və orada
Sığınacaqlar əsas otaqlardan və dəhlizlərdən, süzücü-havalandırma kamerasından, sanitariya qovşağından ibarət olur.
Böyük sığınacaqlar da tibb otağı, anbar, əlahiddə elektrik enerjisi mənbəyi, su ehtiyatı saxlanılan qablar və tullantı qabları ola bilər.