Köçürülmə zamanı əhalinin davranışı
Diqqət!
Köçürülmə zamanı mütəşəkkil, intizamlı və təmkinli olmaq, nəqliyyata minərkən
basabas salmamaq, əvvəlcə uşaqlara, əlillərə, qocalara və qadınlara yol vermək,
onlara kömək etmək lazımdır.
Köçürülənlər özləri ilə götürməlidirlər:
- bütün sənəd və pulları;
- ən vacib paltar, ayaqqabı, yataq ləvazimatları;
- fərdi dərman qutusu, sarğı paketi və lazımi dərmanları;
- iki-üç günlük ərzaq və su ehtiyatı;
- cib bıçağı və fənəri, kibrit;
- sabun, dəsmal, diş fırçası.
Sülh və müharibə dövrlərində baş vermiş fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin
köçürülməsi haqqında əsasnamə Nazirlər Kabinetinin
1993-cü il 6 avqust tarixli 438 saylı qərarı ilə təsdiq edilmişdir.
Şəhər, rayon və
ayrı-ayrı yaşayış
məntəqələrindən
əhalinin
köçürülməsi barədə
qərarlar vəzifəli
şəxslər tərəfindən
qəbul
edilir:
Müharibə dövründə müdafiə nazirinin,
yaxud müvafiq ərazi icra hakimiyyəti
başçısının təklifi üzrə Azərbaycan
Respublikasının Prezidenti və ya Baş naziri.
Sülh dövründə ərazisində fövqəladə hallar
yaranmış şəhərin (rayonun) icra hakimiyyəti
başçısının təklifi üzrə Azərbaycan
Respublikasının Prezidenti və ya Baş naziri.
- Təbii fəlakət və qəzalar barədə əhaliyə necə xəbər verilir?
- Düşmən hücumu təhlükəsi barədə əhaliyə necə xəbərdarlıq edilir?
- Köçürülmə tədbirlərinin mahiyyəti nədən ibarətdir?
- Köçürülmənin əsas üsullarını şərh edin.
- Köçürülmənin başlanması barədə əhaliyə kim xəbər verməlidir, bu zaman
insanlar nə etməlidir?
- Köçürülənlər özləri ilə nələri götürməlidirlər?