Köçürülmənin başlanması haqqında sərəncam alınan kimi mülki müdafiə rəisləri bütün müəssisə, idarə, təşkilat və mənzil-istismar sahələrinin rəhbərlərinə xəbər verir, obyektlər üzrə əhalinin toplanış-köçürülmə məntəqələrinə nə vaxt göndərilməsini dəqiqləşdirirlər.
Köçürüləcək bütün vətəndaşlar köçürülmə haqqında xəbər alan kimi toplanış-köçürülmə məntəqəsinə nə vaxt gəlməli olduqlarını və necə köçürüləcəklərini (nəqliyyatla və ya piyada) dəqiq öyrənməlidirlər.
Toplanış məntəqəsinə getməzdən əvvəl mənzildə bütün elektrik cihazlarını şəbəkədən ayırır, qazı, suyu, habelə pəncərələri, pəncərə nəfəsliklərini bağlayır, pəncərələrin pərdələrini çıxarır, tez alışan əşyaları kölgəyə yığırlar. Əgər evdə xəstə adam varsa, bu barədə xilasedicilərə xəbər vermək lazımdır. Daha sonra özləri ilə aparacaqları şeyləri götürüb qapıları bağlamalı və açarların birini xilasedicilərin nümayəndəsinə təhvil verib göstərilən vaxt toplanış məntəqəsinə gəlməlidirlər.